SSR Azerbaycan himni
Himn 1944-den 1992-ci ile qeder oxunub.Uzeyir Hacibeyov terefinden bestelenib. Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar! Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar. Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə, Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə! Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz, Kommunizmin günəşilə nurlanacaq səhərimiz. Biz gedirik gələcəyə qaliblərin cərgəsində, Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində! Odlar yurdu Bu ağ günlər el gücünün bəhrəsidir, Qahrəmanlıq, bir də hünər azad insan həvəsidir. Nasillərdən-nəsillərə yadigardır dəyanətin, Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin. Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz, Kommunizmin günəşilə nurlanacaq səhərimiz. Biz gedirik gələcəyə qaliblərin cərgəsində, Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində! Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı, Müqəddəsdir, sarsılmasdır dost ellərin bu ilqarı. Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz, Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz! Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz, Kommunizmin günəşilə nurlanacaq səhərimiz. Biz gedirik gələcəyə qaliblərin cərgəsində, Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Toplam Baxilib : 2627 Tarix : 2009-01-16 Müdd?ti : 00:03:56 |
S?s Ver : |